AZ

Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı iştirakçı sayı ilə rekord qırıb (FOTO)

Bakı. Trend:

17-28 noyabr tarixlərində Bakıda keçirilən ÜmumdünyaTelekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) uğurlunəticələrlə yadda qalıb. Tədbir iştirakçı sayı və yüksəksəviyyəliqonaqların iştirakı baxımından əvvəlki illərin nəticələriniüstələyərək rekord qırıb.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindənməlumat verilib.

“WTDC-25”də iştirak üçün ümumilikdə 2572 nəfər qeydiyyatdankeçib. Bu göstərici Bakı konfransını son illərdə təşkil edilən“WTDC”lər arasında ən yüksək iştirakçı sayına malik tədbirəçevirib. Müqayisə üçün bildirək ki, “WTDC-2017” 1360 fizikiiştirakçı, “WTDC-2022” isə ümumilikdə 1763 iştirakçı iləkeçirilib.

“WTDC-25”, həmçinin yüksəksəviyyəli qonaqların sayına görə dəseçilib. Konfransda 196 yüksəkvəzifəli qonaq iştirak edib. Bu,“WTDC-2022”dəki göstəricidən xeyli yüksəkdir və konfransınbeynəlxalq səviyyədə artan əhəmiyyətini əks etdirir.

Bakının ev sahibliyi etdiyi tədbirdə iştirakçı rahatlığı,təşkilati işlər, protokol, media və kommunikasiya məsələləri yüksəksəviyyədə həyata keçirilib. Konfrans həm bu baxımdan, həm dəbeynəlxalq tərəfdaşların geniş iştirakını təmin etməsi baxımındanyüksək qiymətləndirilib.

“WTDC-25”in əsas nəticələrindən biri 2026 – 2029-cu illəri əhatəedən qlobal rəqəmsal inkişafın əsas bələdçisi rolunu oynayacaq BakıFəaliyyət Planının qəbulu oldu. Bu plan inkişaf etməkdə olanölkələrin, xidmətlərdən kənarda qalan cəmiyyətlərin rəqəmsalehtiyaclarına xüsusi diqqət yetirərək insan mərkəzli və inklüzivrəqəmsal inkişaf üçün strateji istiqamətləri müəyyən edir.

Bu öhdəliyin əhəmiyyəti qlobal çağırışla vurğulanır: “Dünyadaiki milyarddan çox insan hələ də internetə çıxışa malik deyil. BakıFəaliyyət Planı rəqəmsal iqtisadiyyatın faydalarının bütüncəmiyyətlər arasında paylanılması üçün vacib olan universal vəəlçatan əlaqə təmin etməklə bu fərqi aradan qaldırmağayönəlib”.

Bakıda
Bakıda
Bakıda
Seçilən
39
7
az.trend.az

9Mənbələr