AZ

Mərkəzi Bank 2025-ci il üzrə sonuncu faiz qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, yəni dekabrın 10-da 2025-ci il üzrə sonuncu dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

Bu barədə FED.az-a AMB-dən bildirilib.

Mərkəzi Bank sonuncu dəfə bu il iyul ayının 23-də bir ildən artıq müddətdə ilk dəfə uçot dərəcəsini 7,25%-dən 7%-ə endirib. Sonuncu qərarında, yəni oktyabarın 22-də uçot dərəcəsini sabit saxlayıb.

AMB qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın istiqaməti, habelə xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir.

Seçilən
67
6
fed.az

9Mənbələr