09:53 08.12.2025
09:53 08.12.2025
Rusiyanın Kamçatka bölgəsi yaxınlığında 6 bal gücündə zəlzələ qeydə alınıb.
Mynews.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən, təxminən, 211 kilometr məsafədə olub.
Zəlzələnin ocağı 15.4 km dərinlikdə yerləşib.
İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi yaranmayıb.