
"Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədi daşıyan sülh danışıqlarına kifayət qədər maraq göstərmir".
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
"Prezident Zelenskinin təklifi hələ oxumadığına görə bir az məyus oldum. Bu, bir neçə saat əvvələ qədər belə idi",-o qeyd edib.
Tramp Rusiyanın sülh istədiyinə inandığını, lakin Ukrayna liderinin buna razı görünmədiyini qeyd edib.
İlahə QənbərliMissiya.Az