AZ

"Volkswagen" nəhəng investisiya planını açıqladı

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan "Volkswagen" (VW) 2030-cu ilə qədər 160 milyard avro investisiya ayıracağını açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Oliver Blume bildirib.

Avropanın avtomobil sektorunda lider mövqedə olan "VW" bu sərmayə proqramı ilə xüsusilə ABŞ və Çin kimi əsas bazarlarda yaşadığı çətinlikləri aradan qaldırmağı hədəfləyir.

Blume bildirib ki, yeni investisiya paketində Almaniya və Avropa prioritet bölgələr olacaq. Sərmayələr məhsul inkişafına, yeni texnologiyalara, istehsal mərkəzlərinə və infrastruktur layihələrinə yönəldiləcək.

Son illərdə "VW" yüksək enerji xərcləri, Çinli avtomobil istehsalçıları ilə kəskin rəqabət, ABŞ-da Donald Tramp administrasiyasının tətbiq etdiyi yüksək tariflər və Avropa Birliyində daxiliyanma mühərrikli avtomobillərin gələcəyi ilə bağlı qeyri-müəyyənliklər səbəbilə çətinliklərlə üzləşib.

Bu problemlər fonunda şirkət son aylardaon minlərlə işçinin ixtisarı və bir sıra zavodların bağlanması ilə bağlı planlar açıqlayıb.

Seçilən
19
1
banco.az

2Mənbələr