AZ

“Selta” “Real”ın uzunmüddətli seriyasına son qoydu

BAKI, 8 dekabr. TELEQRAF

“Real Madrid” 8 ildən sonra “Selta”ya ilk dəfə uduzub.

Teleqraf xəbər verir ki, bu, madridlilərin ötən gün La Liqanın XV turunda öz meydanında keçirilən oyunda 0:2 hesabı ilə məğlub olduqdan sonra baş verib.

Bu, “kral klubu”nun rəqibə qarşı son 8 ildə ilk yenilgisi kimi tarixə düşüb.

“Real” son dəfə 2017-ci ildə İspaniya Kubokunun 1/4 final mərhələsində “Selta”ya 1:2 hesabı ilə uduzmuşdu. Həmin vaxtdan bəri komanda rəqiblə oyunlarda 19 matçlıq məğlubiyyətsiz seriya yaxalamışdı.

Qeyd edək ki, hazırda madridlilər La Liqanın turnir cədvəlində 36 xalla ikinci sırada qərarlaşıblar və lider “Barselona”dan 4 xal geri qalırlar.

Seçilən
112
teleqraf.com

1Mənbələr