AZ

İordan çayının Qərb sahilində gərginlik böyüyür Həbslər var

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Fələstinə məxsus olan, lakin İsrailin nəzarətində olan İordan çayının Qərb sahilində gərginlik böyüyür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələri Cenin və Ramallahda növbəti əməliyyatlar keçirib: "Bu əməliyyatlar zamanı israilli hərbçılər evlərə basqınları davam etdiriblər. Bununla da xeyli ev dağıdılıb, 11 nəfər isə saxlanılıb...".

Məlumat üçün qeyd edək ki, Qəzzadan kənarda olan bu bölgədə 2023-cü lin oktyabrından bəri 1090 fələstinli öldürülüb, təxminən 11 min nəfər yaralanıb, 21 mindən çox isə saxlanılıb.

Tahir Şəlvəli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
85
mia.az

1Mənbələr