AZ

Marketin qarşısında tanışına bıçaqla xəsarət yetirən şəxsə elektron qolbaq taxıldı

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zaman Tağıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 18 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən marketin qarşısında qeydə alınıb.


Belə ki, Zaman Tağıyev zərərçəkmiş Kərəm Kərimovla (adı, soyadı şərtidir) aralarında yaranan mübahisə zəminində ictimai qaydanı pozan hərəkətlər edib.
 

Məlumata görə, təqsirləndirilən şəxs zərərçəkmişin onun barəsində əsassız fikirlər səsləndirdiyini əsas gətirərək hiddətlənib və heç bir obyektiv səbəb olmadan ətraf mühitdə ictimai davranış normalarını qərəzli şəkildə pozaraq səs-küy salıb, digər şəxslərə qarşı laqeydlik nümayiş etdirib. Hadisə zamanı o, əlində olan bıçaqla Kərəmə xəsarət yetirib.
 

Hadisədən sonra Zaman Tağıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə o, 9 ay müddətə azadlığın məhdulaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

Kamal Məmmədov 

Tarix: 8 Dekabr 2025, 08:33   
Seçilən
56
pravda.az

1Mənbələr