AZ

Neymar “Santos”u elitada saxladı və komandanı qitə turnirinə daşıdı

Bakı. Trend:

Braziliyanın “Santos” klubunun hücumçusu Neymar mövsümün sonundaverdiyi vədi yerinə yetirərək komandasının yüksək diviziondaqalmasında həlledici rol oynayıb.

Trend xəbər verirki, “Santos” “Kruzeyro” üzərində inamlı qələbə qazanaraq yalnızelitadan düşmək təhlükəsindən qurtulmayıb, həm də mövsümü 12-cipillədə başa vuraraq Avropa Liqasının analoqu sayılan CənubiAmerika Kubokuna vəsiqə əldə edib.

Zədə səbəbindən son oyunları buraxmalı olan Neymar həkimlərintövsiyələrinə rəğmən ağrılarla oynamağa davam edib və hər dəfəstart heyətində meydana çıxıb. O, son dörd qarşılaşmada parlaqperformans nümayiş etdirərək 5 qol və 1 məhsuldar ötürmə ilə yaddaqalıb və bütün bunları “Santos”un elitada qalması üçün edib.

Futbolçunun bu fədakarlığı onun kluba sədaqətini və həllediciməqamlarda məsuliyyəti öz üzərinə götürmək bacarığını bir dahagöstərib.

Seçilən
42
az.trend.az

1Mənbələr