AZ

Yazıçı Etibar Həsənzadənin "Zəfərlərə doğru" kitabı işıq üzü gördü - FOTOLAR

Yazıçı Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində hazırladığı üçüncü kitab nəşr olunub.

QHT.az xəbər verir ki, yeni nəşrdə müəllif Tovuz döyüşlərindən başlayaraq Şuşa zəfəri də daxil olmaqla Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsini geniş şəkildə təqdim edir. Kitabda Azərbaycanın Milli Qəhrəmanları, Vətən Müharibəsi qəhrəmanları haqqında məqalələr, həmçinin qardaş Türkiyənin müdafiə sənayesinin inkişafına böyük töhfə verən şəxsiyyətlər – “Baykar” şirkətinin qurucusu Özdəmir Bayraktar, “Baykar Savunma”nın texniki direktoru və şirkətin ortaq sahibi Selçuk Bayraktar haqqında ətraflı məlumatlar yer alır.

Nəşr eyni zamanda Türkiyə–Azərbaycan–Pakistan dostluğunun regional təhlükəsizlik və hərbi əməkdaşlıq baxımından strateji əhəmiyyətini də işıqlandırır.

Qeyd edək ki, kitabın üz qabığının dizaynı Hikmət Əliyevə məxsusdur.

Seçilən
25
qht.az

1Mənbələr