AZ

Çinli geymerdən QORXULU “İDEYA”: Otağını döyüş meydanına ÇEVİRDİ – VİDEO

Çinli geymer oyun həzzini artırmaq üçün otağında “müharibə” yaradıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Atışma oyunları üçün yığılan sistemdə oyunçu xəsarət alan kimi üzərinə real partlayıcılar atılır.

Çinli bir geymer şuter (atışma) janrında olan oyunlar üçün inanılmaz və bir o qədər də təhlükəli sistem (“setup”) hazırlayıb.

Quraşdırılan sistemə əsasən, oyunçu virtual dünyada xəsarət aldığı zaman real həyatda onun üzərinə partlayıcılar və fişənglər atılmağa başlayır.

Bundan əlavə, oyunda hava şəraiti dəyişdikdə otaqdakı mühit də buna uyğunlaşır.

Məsələn, oyunda yağış yağmağa başlayan kimi sistem otaqdakı rütubəti dərhal artırır və süni qasırğa effekti yaradır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
114
interpress.az

1Mənbələr