Misli premyer-liqasının 14-cü turunda “Karvan-Yevlax” “Şamaxı”ya məğlub oldu - 0:3.
Oyunsonrası mətbuat konfransında Aran təmsilçisinin məşqçisi Füzuli Məmmədov iştirak edib.
⁃ Çox ciddi hazırlaşmışdıq. Düzdü, çox vaxtımız olmamışdı. Rəqibi analiz etmişdik. Bilirdik ki, necə oynayacaqlar. Məğlub olmamaq
istəyirdik. Heç ruhdan düşmürəm. Daha yaxşı oynayacayıq. Qarşıda iki oyunumuz var. Məşqlə, hazırlıqla bunun öhdəsindən gələ bilərik.
⁃ Məşqçi dəyişikliyi nə dərəcədə doğrudu?
⁃ Bu haqda çox şey deyə bilmərəm. Məşqçi kimi özümə və komandama inanıram.
⁃ Üç oyundan sonra komandada inkişaf hiss edirsiz?
⁃ Məşqçi üçün hazırlaşmağa vaxt lazımdı. “Qarabağ”la oyuna da hazırlaşa bilməmişdik. Qısa zamanda nəyisə dəyişmək çətindi. Necə oynayacağımızı futbolçular bilirdi. Hazırlıq planında birəbirlərdə məğlub olduq. Zaman lazımdı.
⁃ Bu heyət “Kəpəz”lə “Qəbələ”ni üstələməyə imkan verir?
⁃ Futbolçularıma çox inanıram. Əzmli, istəklidilər. Çox məyus idilər.
⁃ Oyundan sonra azarkeşlərə dediz ki, səbrli olun. Nəyə səbr etsinlər?
⁃ Onlar haqlıdı. Bizdən qələbə gözləyirlər. Üzgündülər. Əminik ki, öhdəsindən gələ biləcəyik. Amma neyləmək olar?
⁃ Rəhbərlik sizə transfer şəraiti yaradacaq?
⁃ Hazırda dəyişiklik edə bilmirik. Fiziki baxımdan güclənməliyik. Rəhbərliklə danışacağıq.
⁃ Azər Həşimov baş məşqçi-ola ola komandaya gəldiz. Bu barədə nə düşünürsüz?
⁃ Komandaya köklənmişəm. Əminəm ki, hər şey düzələcək.
⁃ “Kəpəz”lə mübarizə aparırsız. Amma stadion həm də onlara verilib. Bu nə qədər etikdi?
⁃ Bu məndən əvvəl olmuşdu. Yanvardan sonra danışıq olacaq rəhbərliklə.
⁃ Kamran İbrahimovun çıxışından nə dərəcədə razısız?
⁃ Görmək çətindi. Qapıçı məşqçimiz məşğul olacaq.
⁃ Sanki futbolçuların texniki imkanları aşağıdı…
⁃ Rəqibin təzyiqi də təsir edir. Futbolçularda özünəinam artsa, daha yaxşı səviyyədə olacağıq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta