Bakı. Trend:
Həkimlər Londonun Hitrou hava limanında çamadan oğurluğuna cəhdzamanı avtomobil parkında bibər qazından istifadə edilən insidentnəticəsində xəsarət alan 21 nəfərə tibbi yardım göstəriblər.
Trend-inməlumatına görə, bu barədə Skotland-Yardın bəyanatındabildirilib.
Polisin açıqlamasına görə, xəsarət alanlar arasında üç yaşlı qızda var. Beş nəfər əlavə müayinə üçün xəstəxanaya yerləşdirilib vəonların həyatlarının təhlükədə olmadığı qeyd olunub.
Skotland-Yardın sözçüsü Peter Stevens bildirib ki, ilkinməlumata əsasən, dörd nəfərlik qrup bir qadının çamadanınıoğurlamağa cəhd edib və ona bibər qazı olduğu ehtimal edilən maddəçiləyib. Hadisə avtomobil parkındakı liftin içərisində baş verib vəliftdə, həmçinin ətrafında olan şəxslər zərər çəkib.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisədəəli olmaqda şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.