AZ

Fransalı siyasətçi Trampı Aİ-ni “məhv etməyə” çağırdı

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ABŞ prezidenti Donald Trampın administrasiyasını Avropa İttifaqını dağıtmağa çağırıb.

Doğru.az xəbər verir ki, siyasətçi bunu sosial şəbəkədə yayımladığı açıqlamada bildirib.

“Bütün dünya Aİ-nin dərin faşist mahiyyətini kəşf edir! Tramp administrasiyası mübarizəni sona qədər aparmalı və bəşəriyyətin rifahı naminə Aİ-ni məhv etməlidir”, – Filippot yazıb.

Siyasətçi ABŞ-ı Aİ-yə rüsumları üç dəfə artırmağa, “avrokratları” ölkədən qadağan etməyə və yalnız suveren milli dövlətləri tanımağa çağırıb. Filippot Avropa İttifaqını “insanlığa qarşı cinayət” adlandırıb.

Xatırladaq ki, bundan əvvəl amerikalı sahibkar İlon Mask X platformasında Avropanın “Dördüncü Reyx” olduğu fikrini paylaşan istifadəçinin yazısını yenidən yayımlamış, Aİ-nin parçalanmasının və ölkələrə suverenliyin bərpa olunmasının zəruri olduğunu bildirmişdi.

DOĞRU.AZ

Seçilən
75
1
dogru.az

2Mənbələr