AZ

Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Maynts” klubu təcrübəli mütəxəssis Urs Fişerin baş məşqçi vəzifəsinə gətirildiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 59 yaşlı çalışdırıcı ilə 2028-ci ilin ortalarınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Komanda bundan əvvəl Bo Henriksenlə yollarını ayırmışdı. Baş məşqçi dəyişikliyindən sonra “Maynts” öz meydanında Mönhenqladbax “Borussiya”sına 0:1 hesabı ilə uduzub.

İsveçrəli çalışdırıcının son iş yeri Berlin “Union”u olub. O, bu klubu 2023-cü ilin noyabrında tərk edib.

Hazırda “Maynts” Bundesliqanın 2025/2026 mövsümündə 13 turdan sonra 6 xalla turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb. Komanda növbəti oyunda 11 dekabrda Konfrans Liqasında səfərdə “Lex”lə qarşılaşacaq.

Seçilən
92
90deqiqe.az

1Mənbələr