Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Son iki gündə Özbəkistanın şərqində Namanqan və Fərqanə vilayətlərində maqnitudası 3,0 bal olan üçüncü zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Namanqan və Fərqanə rayonlarında 16:31-də zəlzələ baş verib. Zəlzələnin gücü Rixter cədvəli üzrə 2-3,0 bal olub”, - məlumatda deyilir.
Zəlzələnin episentri Daşkənddən 135 kilometr cənub-şərqdə, Namanqan vilayətinin Pap rayonunda yerləşib.
Şənbə günü eyni yerdə iki yeraltı təkan qeydə alınıb: gecə saat 2:04-də və 18:19-da.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.