Son günlər istirahət məkanlarında və açıq ərazilərdə kvadrosikllərin nəzarətsiz şəkildə idarə olunması qəza risklərini ciddi şəkildə artırıb. Xüsusi zonalar ayrılmasına baxmayaraq, təhlükəsizlik qaydalarına əməl edilməməsi, hətta azyaşlıların belə bu nəqliyyat vasitəsini sürməsi vəziyyəti daha da təhlükəli edir. Yaş məhdudiyyətinə əməl olunmaması və təhlükəsizlik tələblərinin nəzərə alınmaması, təkcə qayda pozuntusu deyil, həm də insan həyatı üçün real təhdiddir.
Xezerxeber.az-ın məlumatına görə, kvadrosikl idarəetmək üçün yaş tələbi isə 13-dür.
Ekspert Elməddin Muradlı bildirir ki, kvadrosiklləri bir çox hallarda azyaşlılar idarə edir və bu, həm təhlükə yaradır, həm də qanun pozuntusudur.
Qeyd edək ki, məsuliyyətsiz istifadə halları aşkarlanarsa, polis tərəfindən profilaktik tədbirlər görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.