Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Avstraliyanın Deakin və Monash universitetlərində çalışan alimlər balığın təzəliyini iki dəqiqədən az vaxtda müəyyən edən mikro iynə texnologiyalı sensor hazırlayıblar.
BAKU.WS xəbər verir ki, tədqiqat ACS Sensors jurnalında dərc edilib.
Mütəxəssislərin sözlərinə görə, balıq öldükdən sonra onun ətində hipoksantin (HX) adlı maddə toplanır. Bu göstərici nə qədər yüksək olarsa, balıq bir o qədər köhnə hesab olunur. Adətən bu proses yalnız laboratoriya analizləri ilə müəyyən edilə bilirdi.
Yeni sensor isə prosesi xeyli sadələşdirir. Cihazın ucunda qızıl nanohissəcikləri və xüsusi fermentlə örtülmüş 16 mikro iynə yerləşir. İynələr balıq ətinə toxunduqda ferment HX ilə reaksiyaya girir və elektrik siqnalını dəyişir. Bu dəyişiklik də balığın təzə olub-olmadığını dərhal göstərir.
Sensorun səmərəliliyi otaq temperaturunda 48 saat saxlanılan qızılbalıq nümunələrində sınaqdan keçirilib və nəticələr laboratoriya testləri ilə üst-üstə düşüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.