AZ

HƏMAS şərtlərini açıqladı - bu halda silahlarımızı yerə qoymağa hazırıq…


HƏMAS silahlarını Fələstin Muxtariyyətinə təhvil verməyə hazır olduğunu açıqlayıb. Ancaq təşkilatın bunun üçün yeganə bir şərti var - İsrail ordusunun işğalına son qoyulması.

HƏMAS-ın siyasi qanadının liderlərindən biri olan Xəlil əl-Həyya təşkilatın İsrail işğalı bitənə qədər silahlarını yerə qoymayacağını bildirib: "Silahlarımız işğal və təcavüzün mövcudluğu ilə bağlıdır. İşğal bitərsə, silahlar dövlətə təhvil veriləcək ".

Suveren və müstəqil Fələstin dövləti istədiklərini bildirən əl-Həyya, atəşkəsi izləmək və silahların rahat şəkildə təslim edilməsi üçün Qəzzaya BMT qüvvələrinin yerləşdirilməsinə açıq olduğunu da bildirib.

ABŞ-ın hazırladığı Qəzza planının ikinci mərhələsi HƏMAS-ın tərksilah edilməsinə yönəlmişdi. Lakin HƏMAS işğal davam etdiyi müddətcə silahlarını yerə qoymaqdan imtina edir.

TAHİR

Seçilən
93
baki-xeber.com

1Mənbələr