İran xarici işlər naziri Abbas Əraqçi Azərbaycana səfərə yola düşüb.
Bakıvaxtı.az xəbər verib ki, Əraqçi bu barədə özü paylaşım edib.
Səfər çərçivəsində Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Görüş zamanı iki ölkə arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.