AZ

Ukrayna cəbhəsində gözlənilməz gediş Rusiya taktikasını dəyişdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Rusiya Ukraynanın mülki infrastrukturuna zərbələr endirmə taktikasını dəyişib. Əvvəllər toxunulmaz hesab olunan obyektləri hədəfə almağa başlayıb”.

Globalinfo.az xəbər verir ki, bunu “BILD” nəşrinin hərbi şərhçisi Yulian Repke deyib.

O xatırladıb ki, 5 dekabrda Moskva Ukraynaya qarşı 653 ədəd hava hücum vasitəsi buraxıb:

“Buna “Şahed” dronları, həmçinin “Kinjal” hipersəs raketləri, Şimali Koreyanın KN-23 raketləri, “İskander”lər və “Kalibr” qanadlı raketləri daxildir. Əsas zərbələrdən biri Kiyev yaxınlığındakı Fastov şəhərində yerləşən dəmir yolu qovşağına endirilib. Ukrayna Baş nazirinin müavini Aleksey Kulebanın sözlərinə görə, dəmir yolu qovşağı, vağzal, elektrik qatarlarını servis edən depo və vaqon-parku zədələnib. Rusiya əvvəllər dəmir yolu infrastrukturu üzrə sistemli zərbələri əsasən yalnız Ukraynanın şərqində endirirdi”.

Hərbi ekspert qeyd edib ki, ciddi zərbə, həmçinin Dnepr şəhərindəki “Nova Poçta”nın çeşidləmə mərkəzinə dəyib:

“Yerli sakinlər sosial şəbəkələrdə on minlərlə bağlamanın məhv edildiyini yazırlar. Onların arasında Ukrayna hərbçiləri üçün göndərilmiş yüklər məsələn, dəbilqələr və gecəgörmə cihazları da olub. Tibbi logistika da davamlı olaraq hədəfdədir: noyabrdan bəri Rusiya xəstəxanaları təmin edən mərkəzi anbarlara zərbələr endirir. Növbəti hücumdan sonra 600-ə yaxın tibb müəssisəsi təchizatsız qalıb.

Energetika infrastrukturu isə əsas hədəflərdən biridir. “Ukrenerqo”nun rəhbəri Vitali Zayçenkonun sözlərinə görə, şəbəkələrdəki dağıntılara görə bir sıra bölgələrin sakinləri sutkada 12–16 saat işıqsız yaşayır”.

Safura Bənnayeva

Gloalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
82
globalinfo.az

1Mənbələr