Qətərin paytaxtı Dohada keçirilən “Doha Forum 2025”in açılış mərasimində diqqətçəkən an yaşanıb.
Bizim.Media xəbər verir ki, “Ədalət Əməldə: Vədlərdən İrəliləməyə” mövzulu tədbirdə iştirak edən Suriya Prezidenti Əhməd əş-Şaraa Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə salona daxil olarkən qəfil dayanıb.
Əmirlə birlikdə irəliləyən Şaraa Türkiyə xarici işlər naziri Hakan Fidanı görən kimi protokolu kənara qoyaraq ona tərəf yönəlib və səmimi şəkildə qucaqlayıb.
Suriya prezidentinin bu addımı sosial şəbəkələrdə maraqla qarşılanıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta