İranın xarici işlər naziri Abbas Araqçı sabah Azərbaycana səfər edəcək.
“Cebheinfo.az” xəbər verir ki, İran xarici işlər nazirinin səfər çərçivəsində Azərbaycan Prezidenti və xarici işlər naziri ilə görüşü planlaşdırılır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqayi qeyd edib ki, Tehran bu cür diplomatik qarşılıqlı əlaqələr vasitəsilə ikitərəfli münasibətləri genişləndirməyə çalışır:
“Tehran üçün prioritet olaraq qalan Qafqaz regionunda sülhə və sabitliyə töhfə verməyə çalışır”.
Baqayi əlavə edib ki, İran diplomatları yaxın günlərdə Belarus və Rusiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcəklər.