AZ

Bir zamanlar ulduz futbolçu idi, indi klubsuz qalıb

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq futbolçusu Cessi Linqard azad agent olub.

Publika.az xəbər verir ki, bu barədə futbolçunun özü sosial şəbəkələrində məlumat verib.

Linqardın “Seul”la müqaviləsi cari ilin 31 dekabrınadək qüvvədə idi və tərəflər əməkdaşlığı uzatmamaq qərarına gəlib. Vida qeydlərində yarımmüdafiəçi Cənubi Koreya klubuna təxminən iki il ərzində ona göstərilən sevgi və etimada görə təşəkkür edib.

Ümumilikdə Linqard “Seul”da 66 oyun keçirib, 18 qol vurub və 10 məhsuldar ötürmə verib.

Seçilən
66
publika.az

1Mənbələr