AZ

Levandovski “Barselona”dan gedir?

“Barselona”nın idman direktoru Deku klubdan ayrılması ehtimal olunan hücumçu Robert Levandovski barədə danışıb.

Msport.az xəbər verir ki, 37 yaşlı futbolçunun hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Onu Səudiyyə Ərəbistanından olan klublar transfer etmək istəyir. Klub rəsmisi hələ heç nəyin həll olunmadığını bildirib:

“Levandovski son illərin ən yaxşı hücumçularından biridir və onun müqaviləsi hələ bitməyib. Heç nə həll olunmayıb, nəticə çıxarmaq üçün hələ tezdir”.

Seçilən
39
msport.az

1Mənbələr