Polşanın xarici işlər naziri Radoslav Sikorski SpaceX-in yaradıcısı İlon Maska Avropa İttifaqını parçalamaq çağırışına cavab oaraq Marsa getməyi tövsiyə edib.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə "X"də paylaşım edib.
"Marsa gedin. Orada nasist salamı üçün senzura yoxdur", - nazir yazıb.
Mask daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı ləğv edilməli və ayrı-ayrı ölkələr öz suverenliyini bərpa etməlidir.