AZ

Bir gündə iki plastik əməliyyata girən qadın öldü

"Roszdravnadzor" Moskvanın mərkəzindəki özəl plastik cərrahiyyə klinikasında xəstə ölümü ilə bağlı araşdırmaya başlayıb.

Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ölknin Baş Prokurorluğu isə yayılan bu məlumata əlavə edib ki, faciə Skatertnı küçəsindəki özəl tibb klinikasında baş verib.

Hazırda faciənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır. "Roszdravnadzor" mütəxəssislərin tibbi yardımın necə təşkil olunması və qadının ölümünə konkret nəyin səbəb olmasını müəyyən edəcəklər.

"112" Teleqram kanalının məlumatına görə isə qadın bir gün əvvəl iki əməliyyat keçiribmiş. Bunlar sinə kiçiltmə və qarın piylərinin alınması olub. O, əməliyyatın ertəsi gün səhər qəfildən özünü pis hiss edib və həkimlər bir gündə iki plastik əməliyyat keçirmiş xəstəni xilas edə bilməyiblər. Kanalın mənbələri iddia edir ki, ölümə ilkin səbəb kimi aspirasiya ola bilər.

Seçilən
18
publika.az

1Mənbələr