AZ

87 il əvvəlki ssenari təkrarlanır NATO ölkəsindən xəbərdarlıq

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Rusiyanın Ukraynaya qarşı müharibədə qələbəsi bütün Qərb üçün məğlubiyyət olardı”.

Globalinfo.az xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel “The Sunday Times” qəzetinə müsahibəsində bildirib.

Pavel Qərbin indiki davranışını İkinci Dünya müharibəsi ərəfəsində “sakitləşdirmə siyasəti” ilə müqayisə edib.

Onun sözlərinə görə, ABŞ və Rusiya arasında gizli danışıqlar, xüsusən də Ukrayna ərazilərinin verilməsi ilə bağlı son bəyanatlar 1938-ci il Münhen razılaşmasını təhlükəli şəkildə xatırladır.

Qeyd edək ki, Münhen razılaşması 1938-ci il 29–30 sentyabr tarixində imzalanmış beynəlxalq sazişdir. Razılaşmada iştirak edən dövlətlər: Almaniya, Böyük Britaniya, Fransa, İtaliya olub.  Sazişin əsas müddəası Çexoslovakiyanın qərb hissəsində, əsasən alman dilli əhali yaşayan sərhəd zonasının Almaniyaya birləşdirilməsi idi.  Bu razılaşma həyata keçdikdən sonra (1–10 oktyabr 1938-də) alman ordusu həmin ərazilərə daxil oldu.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
globalinfo.az

1Mənbələr