Amerikalı hərbi analitik Skott Ritter Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı fikirlərini tənqid edib.
NOCOMMENT.az xəbər verir ki, yazı X sosial şəbəkəsində yayılıb.
Makron daha əvvəl bəyan etmişdi ki, Moskva guya eskalasiya yolu izləyir və sülhə can atmır. Bu, onun Ukraynanın hərbi-sənaye kompleksi ilə əlaqəli hədəflərə cavab zərbələri ilə bağlı şərhi olub.
“Avropanın sağ qalmaq üçün yeganə şansı özünü batan gəmidən – Ukraynadan ayırmaqdır”, – o yazıb.
Lakin onun fikrincə, Avropa elitaları bu böhranı öz güclərini genişləndirmək üçün yaradıblar ki, bu da Aİ-nin Ukrayna ilə birlikdə batmasına səbəb olacaq.
Makron daha əvvəl qarşıdan gələn qış üçün Ukraynanın enerji infrastrukturuna hücumlara moratorium qoymağı təklif etmişdi. O, bu çağırışı Pekində Çin prezidenti Si Cinpinlə danışıqlar zamanı edib.