AZ

Renat oynamadı, komandası...

Polşa Ekstraklasasında 18-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Motor” növbəti oyununa çıxıb.

Lüblin təmsilçisi səfərdə “Arka”ya 0:1 hesabı ilə uduzub. Zədədən yeni dönən Dadaşov matçın iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.

“Motor” hazırda 20 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.
 

Seçilən
31
1
fanat.az

2Mənbələr