AZ

''Beşiktaş'' bu futbolçuya yenidən klub tapmalı olacaq

Müqavilə ilə ''Beşiktaş''a məxsus olan Elan Rikardo ilə bağlı yeni xəbər var. İstanbul nəhəngi bu futbolçunu ötən mövsümün qış transfer dönəmində 2 milyon avroya heyətinə qatmışdı. Amma özünü göstərə bilməyən 21 yaşlı kolumbiyalı yarımmüdafiəçi bu yay daha çox oyun praktikası qazanmaq üçün Braziliyanın 2-ci liqa təmsilçisi ''Atletiko Paranaense''yə icarəyə verilmişdi. Rikardo burda da heç nə ilə yadda qalmayıb. O, geridə qalan 4 ay ərzində cəmi 5 rəsmi oyunda ümumilikdə 257 dəqiqə oynamaq şansı qazanıb və 1 qol vurub. Braziliya mətbuatının yazdığına inansaq, Elan Rikardo artıq ''Atletiko Paranaense''yə lazım deyil. Gənc futbolçunun müqaviləsi tezliklə ləğv ediləcək və o, ''Beşiktaş''a qayıtmalı olacaq. Ancaq ''qartal'' onsuz da legioner limiti ilə bağlı problem yaşayır və üstəlik qışda ən azı 2 əcnəbi futbolçu transfer olunacağı gözlənilir. Bu da o deməkdi ki, ''Beşiktaş'' Elan Rikardoya yenidən klub tapmalı olacaq. Qeyd edək ki, bu futbolçu ''ağ-qaralar''ın heyətində yer aldığı 8 aylıq dönəmdə heç bir rəsmi oyuna çıxa bilməmişdi. O yalnız yayda bəzi hazırlıq oyunlarında şans qazanmışdı.

Seçilən
49
1
football-plus.az

2Mənbələr