AZ

Harada yaşadıqlarını bilirik, zərbələr endirəcəyik! Tramp

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“ABŞ ordusu Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizə çərçivəsində quru hədəflərə zərbələr endirməyə başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Narkotik kartellərinə qarşı əməliyyat başlayandan bəri ABŞ-a dəniz yolu ilə narkotiklərin daşınmasının həcmi 94% azalıb. Biz quruda eyni prosesə başlayacağıq, çünki biz hər marşrutu, hər binanı, onların harada yaşadıqlarını bilirik, hər şey bizə məlumdur”, – Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Venesuela üzərində və ətrafındakı hava məkanını aviaşirkətlər, narkotik tacirləri və insan alverçiləri üçün bağladığını elan edib. Bu açıqlama ABŞ-ın Karib hövzəsində hərbi varlığının artması fonunda verilib.

ABŞ mediası dəfələrlə bəyan edib ki, Birləşmiş Ştatlar çox tezliklə hücum edə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
globalinfo.az

1Mənbələr