AZ

İspaniya millisinin sabiq oyunçuları karyeralarını başa vurdular

“İnter Mayami”nin futbolçuları Serxio Buskets və Jordi Alba karyeralarını başa vurublar.

Msport.az xəbər verir ki, MLS kubokunun pley-off final matçında “İnter Mayami” “Vankuver Uaytkeps”i 3:1 hesabı ilə məğlub edib və çempionluğu rəsmiləşdirib.

Bu qalibiyyətdən sonra ispaniyalı futbolçular karyeralarını bitirdiklərini açıqlayıblar.

Busketsin 37, Albanın isə 36 yaşı var.

Hər iki futbolçu İspaniya millisində və “Barselona”da çıxış edib.

 

 

 

Seçilən
79
2
msport.az

5Mənbələr