AZ

Autsayder Şamaxı nı qonaq edir

sport24.az saytına istinadən ain.az xəbər verir.

Misli Premyer Liqasının XIV turu davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə bir matç keçiriləcək.

"Karvan-Yevlax" "doğma divarlar" arasında "Şamaxı"nı qonaq edir. Aktivində cəmi 5 xal olan meydan sahibləri turnir cədvəlinin sonunda qərarlaşıb. Qnaqlar isə 14 xalla 9-cudur. Füzuli Məmmədovun gəlişindən sonra yevlaxlalılar oyun planında pis təsir bağışlamasa da, hələ də qələbə üzünə həsrətdir. Hər iki komanda ötən turu məğlub başa vurduğundan bu gün 3 xal üçün üçün mübarizə aparacaq. Xüsusilə meydan sahibləri qələbə qazanmaq üçün əlindən gələni etməyə məcburdur.

Qeyd edək ki, turun dünən keçirilən "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib - 1:1.

Misli Premyer Liqası

II dövrə, XIV tur

14:00. "Karvan-Yevlax" - "Şamaxı"

Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllıVAR: Rəşad ƏhmədovAVAR: Emin ƏliyevHakim-inspektor: Ramil DiniyevAFFA nümayəndəsi: Azər ƏsgərovYevlax. Şəhər stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
sport24.az

1Mənbələr