AZ

Pentaqon rəhbəri müttəfiqlərini HƏDƏLƏDİ

Pentaqonun rəhbəri Pit Heqset ABŞ-ın kollektiv müdafiəsinə kifayət qədər töhfə verməyən tərəfdaşların ağır nəticələrlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, o, bu barədə Kaliforniyada keçirilən Ronald Reyqan Milli Müdafiə Forumunda çıxış edərkən danışıb.

Müharibə naziri bildirib ki, müttəfiqlərdən öhdəliklərini tam yerinə yetirmələri gözlənilə bilər və gözlənilməlidir. O qeyd edib ki, prezident Tramp məhz belə yanaşma sərgiləyib və İsrail, Cənubi Koreya, Polşa, daha çox aktivləşən Almaniya, Baltik ölkələri və digər nümunəvi tərəfdaşlar ABŞ tərəfindən xüsusi hörmət və dəstək görəcəklər.

Heqset bununla yanaşı vurğulayıb ki, öhdəliklərini yerinə yetirməyən, kollektiv müdafiəyə lazımi töhfə verə bilməyən müttəfiqlər müəyyən nəticələrlə qarşılaşacaqlar.

Seçilən
84
publika.az

1Mənbələr