AZ

Dünyanın düz olduğunu iddia edənlərə fürsət Sübut edən şəxs 3 milyard dollar alacaq

ain.az, Lent az portalına istinadən məlumat verir.

“Columbia Sportswear” şirkətinin baş direktoru Tim Boyl, Dünyanın düz olduğunu sübuta yetirən şəxsə 3 milyard dollarlıq ailə şirkətini verəcəyini vəd edib.

Lent.az xəbər verir ki, Boyle, planetin fiziki sonunun olduğunu sübut edə bilən və o biri tərəfdəki uçurumu real fotoşəkillə göstərə bilən şəxsə ailə şirkətini verəcəyini açıqlayıb.

Onun sərvətinin təxminən 1,6 milyard dollar olduğu təxmin edilir. Lakin, 1938-ci ildən bəri fəaliyyət göstərən ailə şirkətinin ümumi dəyəri 3 milyard dollara çatır.

Boyl həmçinin təklifin heç bir hüquqi prosedur, əlavə şərt və ya sənədləşmə olmadan keçərli olduğunu bildirib.

“Biz şirkətin bütün aktivlərini hədiyyə edəcəyik. Hamısını. Heç bir şərt qoyulmur”, - o deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
1
lent.az

2Mənbələr