AZ

"İnter"in oyununda 4 qol vuruldu

İtaliya çempionatının 14-cü turunda ikinci yeri tutan "İnter" "Komo"nu qəbul edib. 

"Unikal" xəbər verir ki, Rumıniyalı Kristian Çivunun rəhbərlik etdiyi komanda 4:0 hesabı ilə qalib gəlib. 

Argentinalı hücumçu Lautaro Martinez, fransalı hücumçu Markus Tyuram, türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu və braziliyalı yarımmüdafiəçi Karlos Auqusto fərqlənib.

"İnter" 30 xalla turnir cədvəlinə başçılıq edir, "Komo" isə 24 xalla 6-cı yerdədir.

Ağarza Elçinoğlu 

Seçilən
52
32
unikal.az

10Mənbələr