AZ

“İnter” “Komo”nu darmadağın etdi

İtaliya çempionatının 10-cu turunda “İnter” doğma meydanda “Komo” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Cüzeppe Meatsa”da baş tutan matç Milan klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

11-ci dəqiqədə Lautaro Martines hesabı açıb. 59-cu dəqiqədə Markos Türam fərqi iki topa yüksəldib. 81-ci dəqiqədə Hakan Çalhanoğlu üçüncü qola imza atıb, matçın sonlarında isə Karlos Auqsto dördüncü topu qonaqların qapısından keçirib.

Bu qələbədən sonra “İnter” 30 xalla A Seriyasının liderliyini qoruyur. 24 xal toplayan “Como” isə hələlik 6-cı yerdədir.

Seçilən
54
90deqiqe.az

1Mənbələr