AZ

Soçi yaxınlığında 4,1 bal gücündə zəlzələ olub

Seysmoloqlar Rusiya Federasiyasının Krasnodar vilayətində, Soçi şəhəri yaxınlığında 4,1 bal gücündə zəlzələ qeydə alıblar.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) yayıb.

Bildirilib ki, yeraltı təkanlar Moskva vaxtı ilə saat 13:13-də Soçidən 49 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə baş verib. Hadisə nəticəsində dağıntılar və tələfatlar barədə məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl Şimali Kuril adaları yaxınlığında 4,6 bal gücündə zəlzələ qeydə alınmışdı.

DOĞRU.AZ

Seçilən
99
50
dogru.az

10Mənbələr