AZ

Boru partlayıb, içməli su küçəyə, həyətlərə axırVİDEO

İki ay əvvəl təmir edilən boru 3 gün əvvəl yenidən partlayıb, içməli su həyətlərə axır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Yeni Suraxanı qəsəbəsi, Balahüseyn Mirqəzəb küçəsindən gedir.

Sakinlər deyirlər ki, tonlarla içməli su küçəyə, ərazidə yerləşən evlərin həyətlərinə axır.

Onlar aidiyyəti quruma müraciət etsələr də, problemin qarşısı alınmayıb. İçməli su ərazidə iri gölməçələr yaradır, borunun partladığı yerə yaxın olan evlərə də ciddi ziyan vurur.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, həmin su xəttində baş verən qəza barədə məlumat rayon sukanal idarəsinə daxil olan kimi briqada əraziyə cəlb olunub. Xətdəki axıntı nöqtəsinin bərpasına başlanılıb, hazırda problem aradan qaldırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
93
xezerxeber.az

1Mənbələr