AZ

Türkiyədən xəbərdarlıq: “Suriyada hərbi əməliyyatlar başlaya bilər”

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Reuters-ə müsahibəsində Ankaranın bir sıra beynəlxalq məsələlərlə bağlı mövqeyini açıqlayıb. O, Qəzza zolağındakı vəziyyət, Suriya ilə münasibətlər və regiondakı təhlükəsizlik məsələlərinə toxunub.

Globalinfo.az-ın xəbərinə görə, Fidan bildirib ki, ABŞ-ın atəşkəslə bağlı planının irəli aparılmaması beynəlxalq ictimaiyyət üçün “böyük uğursuzluq”dur.

Onun sözlərinə görə, HƏMAS-ın silahsızlaşdırılması üçün etibarlı fələstinli mülki və polis strukturlarının qurulması vacibdir. Qəzzaya nəzarət HƏMAS-a deyil, ixtisaslaşdırılmış fələstinli komitəyə verilməlidir. Nazir əlavə edib ki, İsrailin etirazına baxmayaraq Türkiyə beynəlxalq sabitləşdirmə missiyası çərçivəsində öz qüvvələrini Qəzzaya göndərməyə hazırdır.

Nazir həmçinin “Suriya Demokratik Qüvvələri” (SDF) ilə Dəməşq arasında əldə olunmuş razılaşmalara da toxunub. O bildirib ki, SDF Suriyanın dövlət strukturlarına inteqrasiya ilə bağlı razılaşmaları yerinə yetirmək niyyətində deyil. Ankara xəbərdarlıq edib ki, bu razılaşmaların icrası baş verməsə, hərbi əməliyyatlar gündəmə gələ bilər.

Fidan vurğulayıb ki, Suriyada sabitlik yalnız vahid ordu və mərkəzləşdirilmiş komandanlıq şəraitində mümkündür. Türkiyə milli təhlükəsizliyə təhdid yarada biləcək paralel güclərin mövcudluğunu qəbul etməyəcək.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
globalinfo.az

1Mənbələr