Krasnodar diyarınının Soçi şəhərinin Lazarevski rayonunda 4,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin (EMSC-CSEM) saytında məlumat verilir.
Yeraltı təkanlar Qara dənizdə, Lazarevskidən 8 km şimal-şərqdə, Moskva vaxtı ilə saat 13:13-də qeydə alınıb. Episentrin koordinatları 43,85 dərəcə şimal enliyi və 39,35 dərəcə şərq uzunluğu olub. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Belə zəlzələlər zəif sayılır — təkanlar hiss olunsa da, adətən ciddi dağıntılara və ya böyük zərərlərə səbəb olmur.