AZ

Kafedə partlayış olub, yaralılar varVİDEO

Dünən kafedə baş verən və 3 nəfərin xəsarət almasi ilə nəticələnən partlayışın bəzi təfərrüatları məlum olub.

Xezerxeber.az-a verilən məlumata görə, hadisə Bakının Binəqədi rayonu, S.Məmmədova küçəsində qeydə alınıb. 

İlkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə şahidlərinin sözlərinə görə, kafenin işçilərindən biri yanırmış. Həmin şəxs kənardakıların köməkliyi ilə yanğından xilas edilib.

Ətrafda yaşayan sakinlər isə hadisədən partlayış nəticəsində çıxan tüstüdən sonra xəbərdar olduqlarını bildiriblər. 

Nərimanov Tibb Mərkəzindən isə bildirilib ki, ötən gün saat 15:30 radələrində Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 3 nəfərdən 2-sinin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Vəziyyəti ağır olan pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Seçilən
44
xezerxeber.az

1Mənbələr