AZ

Türk general Dəməşqdə

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu Dəməşqə səfər edib, orada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparıb.

Publika.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi S.Bayraktaroğlunun Suriya müdafiə naziri Murhaf Əbu Kasr və suriyalı həmkarı Əli Nurettin Nasanla da görüşdüyünü bildirib.

İki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri Türkiyə-Suriya Birgə Əməliyyatlar Qərargahında olublar.

Seçilən
144
3
publika.az

5Mənbələr