AZ

"Qobu Park"da baş verən partlayışda tüstüdən zəhərlənənlərin vəziyyəti açıqlandı

BAKI, 6 dekabr. TELEQRAF

Dekabrın 5-də "Qobu Park 1" yaşayış massivində baş verən partlayışda tüstüdən zəhərlənənlərin hazırkı vəziyyəti açıqlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, 3 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. 2 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, baş verən partlayış səbəbilə 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan 1 nəfər zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
133
10
teleqraf.com

10Mənbələr