“Barselona” növbəti transfer pəncərələri üçün işlərə başlayıb.
QOL.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Klubun əsas prioritetlərindən biri dünya səviyyəli mərkəz hücumçusu almaqdır. "Barselona" “İnter”in futbolçusu Lautaro Martinesi transfer siyahısına daxil edib. Klub onu hazırda əsas hədəflərdən biri sayır.
"Barselona”nın idman direktoru Deko yeni elit səviyyəli hücumçu tapmaq üçün bazarı aktiv şəkildə araşdırır və 28 yaşlı argentinalı forvard bu prosesdə onun bir nömrəli seçimidir.
Qeyd edək ki, Lautaro cari mövsümdə bütün turnirlərdə 17 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “İnter”lə müqaviləsi 2029-cu ilin yayına qədərdir.