İngiltərənin "Börnli" klubunun yarımmüdafiəçisi Hannibal Mejbri rəqib azarkeşə tüpürdüyü üçün diskvalifikasiya edilib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Premyer Liqanın 8-ci turunda "Lids"lə oyunda (2:0) qeydə alınıb.
Oyundan sonra qonaq azarkeşin verdiyi məlumat əsasında İngiltərə Futbol Assosiasiyası araşdırmalara başlayıb və 22 yaşlı tunislinin etirafdan başqa yolu qalmayıb.
Mejbri 4 oyunluq cəzalandırılıb, 15 min funt-sterlinq məbləğində cərimələnib.
Kamil Xudiyev