Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Doha şəhərində keçirilən panel müzakirəsində bildirib ki, İrəvan və Bakı arasında bir sıra bənzər narativlər mövcuddur.
NOCOMMENT.az xəbər verir ki, müzakirədə Azərbaycan Prezidenti köməkçisi Hikmət Hacıyev də iştirak edib.
Qriqoryan çıxışında qeyd edib ki, hər iki tərəf arasında müəyyən mövqelər üst-üstə düşməsə də, dialoq və əməkdaşlıq gələcəyin mümkün qədər yaxşı qurulması üçün vacibdir.
“Tərəflər gələcəkdə əməkdaşlığı gücləndirməlidir. Siyasi iradə hər iki tərəfdə mövcud olmalıdır və beynəlxalq ictimaiyyət sülh quruculuğu prosesini dəstəkləyə bilər”, — deyə Qriqoryan bildirib.