AZ

Hikmət Hacıyev və Armen Qriqoryan Dohada paneldə iştirak etdilər

BAKI, 6 dekabr. TELEQERAF

"Dohа Forumunun tədbirləri çərçivəsində mən və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Ermənistan–Azərbaycan davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” adlı paneldə iştirak etdik".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" paltormasında qeyd edib.

"Vaşinqton razılaşmalarının icrası istiqamətində atılan addımlar, o cümlədən sülhün iqtisadi faydası, əlaqələndirmə (connectivity), etimadın qurulması tədbirləri və sair barədə müzakirə apardıq. Mən Azərbaycanın Cənubi Qafqaz regionunu dayanıqlı sülh və rifah zonasına çevirmək istiqamətində güclü niyyətini vurğuladım", - deyə Hikmət Hacıyev paylaşımda bildirilib.

Seçilən
93
1
teleqraf.com

1Mənbələr