AZ

Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezidentİlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident.

Nobel Sülh Mükafatına namizədliyimi irəli sürmək üçün Sizin vəBaş nazir Paşinyanın birgə məktubunuza görə təşəkkür edirəm. Bizivacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətəgörə dərin minnətdarlığımı bildirirəm.

Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyadamünaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təminedilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızlaqeyri-mümkün nə varsa, ona nail olacağıq.

Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm".

Seçilən
24
49
az.trend.az

10Mənbələr